Əmək stajı
There are no translations available.

Sual

Salam, öyrənmək istərdim əsgərlik xidməti iş stajı kimi nəzərə alınır? Zəhmət olmasa istinad olunan mənbəni də yazın. Çoxsağolun.

Cavab

İlk növbədə bizə müraciət etdiyiniz üçün təşəkkür edirik.

Əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə bağladıqları müqavilə əsasında yaranır. Əmək stajı isə həmin münasibətlərə əsasən işçinin əmək müqaviləsi üzrə (yalnız bir müəssisə ilə deyil başqa müəssisələrdə də işləməsi daxildir) faktik işlədiyi müddətlərə və yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə ƏM-də nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlərə əsasən hesablanır. Əmək Məcəlləsi ilə yalnız hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştiraka,  habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezamamiyyətə göndərilməyə görə iş yeri və orta əmək haqqı saxlanılaraq həmin müddət əmək stajına daxil edilir. Lakin Sizin qeyd etdiyiniz hərbi xidmət hər bir vətəndaşın AR-nın Konstitusiyası ilə müəyyən edilmiş vəzifəsidir. Hərbi xidmətə çağırılan işçi ilə Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilir və belə olduğu təqdirdə əmək stajının müddəti həmin şəxsin yeni işə qəbul edildiyi tarixdən hesablanır.

Remedium Hüquq Mərkəzi

Hüquq Klinikası

Comments:

 

News

09.04.2014

FIDIC müqavilələri ilə bağlı təlim Bakıda

There are no translations available.Matrix-Seminars Ltd-dən Remedium Hüquq Mərkəzinə daxil olan məlumata əsasən...

02.04.2014

Remedium HM-nın sədri FİDİC müqavilələri ilə bağlı təlimdə iştirak etdi.

There are no translations available. Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev 2014-cü ilin mart ayının 19 - ...

13.03.2014

“Qadın Təşəbbüsləri” Layihəsi başa çatdı

There are no translations available.Remedium Hüquq Mərkəzi öz resursları hesabına “Öz biznesini qur” şüarı ilə ...